Finlandiya rus və belaruslara yeni qadağa tətbiq edib

16.07.2025

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Finlandiyada Rusiya və Belarus vətəndaşları üçün daşınmaz əmlak əməliyyatlarına qoyulan qadağa qüvvəyə minib.
Reyting.az
xəbər verir ki, bunu ölkənin müdafiə naziri Antti Hakkänen bildirib.
“Bu, çoxdan təxirə salınmış mühüm islahatdır”,- o qeyd edib.
Nazir əlavə edib ki, bu qanunun qəbulundan və qüvvəyə minməsindən məmnundur: “Bu, Finlandiyanın təhlükəsizliyinin gücləndirilməsinə yönəlib”.
Qeyd edək ki, bundan əvvəl Finlandiya parlamenti Müdafiə Nazirliyinə dövlətlərin vətəndaşları və təşkilatları üçün “Finlandiyanın təhlükəsizliyinə təhdid yarada biləcək” daşınmaz əmlak əməliyyatlarının qarşısını almağa imkan verən qanun layihəsini təsdiqləyib.
ELÇİN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью