Finlandiya Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər qazmağı planlaşdırır

07.11.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Finlandiya Rusiya ilə sərhədində tank əleyhinə xəndəklər və müdafiə istehkamları inşa etmək imkanını nəzərdən keçirir.

Sherg.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Finlandiya Quru Qoşunlarının komandanı Pasi Välimyaki-yə istinadən məlumat yayıb.

Komandan bildirib ki, Finlandiya Ukrayna müharibəsinin təcrübəsini öyrənir, lakin sərt iqlim şəraiti belə istehkamların effektivliyinə təsir göstərə bilər.

O, həmçinin uzunmüddətli münaqişə zamanı hərbi istehsalın 10 dəfə artırılmasının və raketlərlə PUA-ların buraxılış sistemlərinin əvvəlcədən məhv edilməsi imkanının yaradılmasının vacibliyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью