Finlandiya Rusiya ilə sərhədində baryer quraşdırır

25.11.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Finlandiya Rusiya sərhədindən cəmi bir metr aralıda baryerlər quraşdırmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Yle” telekanalı məlumat yayıb.

Məlumata görə, şərq sərhədinin davamlı müşahidəsini təmin etmək üçün hasarın müəyyən hissələri boyunca bir neçə on metrlik məsafələrdə kameralar quraşdırılacaq:

“Finlandiyanın şimalında, Laplandiyada hasarların tikintisi başa çatmaq üzrədir və onların istifadəyə verilməsi dekabrın 9-da planlaşdırılır”.

Bütün maneələr xəttinin 2026-cı ilin yayına qədər hazır olacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью