Finlandiya Rusiya ilə sərhədini bağlı saxlamaq qərarına gəlib

09.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Finlandiya şərqdən təhdid qiymətləndirməsi dəyişməz qaldığı üçün Rusiya ilə sərhədi bağlı saxlayacaq.

APA xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo partiya liderləri və parlamentdəki fraksiya rəhbərləri ilə məsələni müzakirə etdikdən sonra jurnalistlərə bildirib.

“Təəssüf ki, şərq sərhədinin təhlükəyə dair qiymətləndirməsi dəyişməz olaraq qalır, ona görə də biz sərhədi aça bilmirik”, - hökümət başçısı bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью