​Finlandiya Rusiya sərhədində hasar inşa etdi

25.11.2025

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Finlandiya Rusiya sərhədində hasar inşa edib.

Metbuat.az xəbər verir ki, bu barədə Finlandiya mənbələri hərbçilərə istinadən məlumat yayıb. Məlumata görə, hasar boyunca hər 20 metrdən bir kameralar yerləşdiriləcək. Hasarın inşaasının yekunlaşmaq üzrə olduğu bildirilib. Açıqlamada deyilir ki, hasar cüt divar inşa edilib. Bildirilir ki, 1300 kilometr uzunluğunda olan ölkənin bütün şərq sərhədi boyunca cüt divar inşa etmək mümkün deyil. Çünki, 1 kilometrlik divarın inşaası 1,8 milyon avroya başa gəlir.

Sərhədçilərin sözlərinə görə, hasarın hündürlüyü təxminən 4,5 metrdir və təxminən bir metri tikanlı məftildən ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью