Finlandiya Rusiyaya nota verdi

26.05.2025

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Finlandiya Xarici İşlər Nazirliyi Rusiya səfiri Pavel Kuznetsovu çağıraraq ona etiraz notası təqdim edib.
Demokrat.az xəbər verir ki, məlumatı Yle teleradio şirkəti yayıb. Bildirilir ki, Helsinki iki Rusiya hərbi təyyarəsinin Finlandiya hava məkanını pozması ilə bağlı Moskvaya xəbərdarlığını səfirə çatdırıb.
Pozuntu mayın 23-də Porvoo şəhəri sahillərində baş verib.
Qeyd edək ki, fevral ayında da Finlandiya Xarici İşlər Nazirliyi Rusiya təyyarəsinin Finlandiya körfəzində hava məkanını pozması ilə bağlı Rusiya səfirinə nota təqdim etmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью