Finlandiya Şengen vizası olan rusiyalıların daxili sərhədlərdən girişini məhdudlaşdırıb

22.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Noyabrın 16-da Finlandiya Rusiya vətəndaşlarının Şengen vizası ilə təkcə Şengen zonasının xarici sərhədlərindən deyil, həm də daxili sərhədlərindən ölkəyə girişinə məhdudiyyətlər tətbiq edib. Bu barədə Finlandiya Sərhəd Mühafizəsinin rəsmi saytında yerləşdirilən izahatda bildirilir.

Məhdudiyyətlər Rusiya vətəndaşlarının Finlandiyaya və Finlandiya vasitəsilə Şengen zonasının digər ölkələrinə zəruri olmayan səfərlərinə şamil edilir. Tədbirlər Rusiya vətəndaşının Finlandiyaya hansı ölkədən gəlməsindən asılı olmayaraq qüvvədədir və xüsusi sərəncamadək qüvvədə qalacaq.

“Hökumətin qərarı Şengen vizası ilə həm xarici, həm də daxili sərhədlərdən Finlandiyaya girişi məhdudlaşdırır”, - Sərhəd Mühafizəsinin izahatında qeyd olunur.

Rusiya vətəndaşlarının girişi ilə bağlı “prinsipial qərara” düzəlişlər rusiyalı idmançıların ölkəyə buraxılmaması məqsədilə qəbul edilib. Onların Finlandiyaya girişi “beynəlxalq münasibətlər üçün təhdid” adlandırılıb.

Bununla yanaşı, məhdudiyyətlər “Finlandiyanın milli maraqları üçün mühüm əhəmiyyət kəsb edən” vizalar istisna olmaqla, digər qısamüddətli iş vizalarına da şamil edilir.

Rusiya vətəndaşlarının girişi haqqında “prinsipial qərar” Finlandiya hökuməti tərəfindən 2023-cü ilin yayında qəbul olunub. Sənəd birbaşa hüquqi qüvvəyə malik olmasa da, rusiyalıların hansı kateqoriyalarının “beynəlxalq münasibətlər üçün təhdid” kimi tanınmalı olduğunu müəyyən edir.

İlkin olaraq qərarda 10 istisna nəzərdə tutulurdu ki, onların arasında rusiyalı idmançıların Finlandiyaya daxil olduğu qısamüddətli iş vizaları da var idi. İndi isə Rusiya vətəndaşları bu imkandan məhrum ediliblər.

Xatırladaq ki, Finlandiya hökumətinin idmançıları ölkəyə buraxmamaq üçün rusiyalıların girişinə məhdudiyyətlər hazırlamağa başladığı noyabrın 6-da məlum olub. Həmin vaxt Baş nazir Petteri Orpo bildirmişdi ki, “ardıcıl addım rusiyalıların girişinə tam qadağa qoyulması olardı”.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью