Finlandiya: Ümidvarıq ki, Tramp şərtini yerinə yetirəcək

08.08.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Bu sözləri Finlandiyanın xarici işlər naziri Elina Valtonen "Reuters" xəbər agentliyinə müsahibəsində dilə gətirib. O vurğulayıb ki, Moskva Ukraynaya artan silah-sursat axınından "ehtiyatlanaraq özünü guya danışıqlar aparmağa meyilli göstərir".
"Halbuki Ukraynada müharibəni başa çatdırmaq üçün yeganə strategiya bu ölkəyə yardımı dayandırmamaqdır", - deyən xanım nazir bu çərçivədə ABŞ Prezidentindən də dəstək gözlədiklərini diqqətə çatdırıb.
Trampın Putinə verdiyi möhlət başa çatıb
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən günlərdə rusiyalı həmkarı Vladimir Putinə "Rusiyanın Ukraynadan çəkilməsi üçün" möhlət verib. Belə ki, o, Ukraynada atəşkəsə razılıq verməlidir, əks təqdirdə, Moskva ağır sanksiyalarla üzləşəcək. Möhlət bu gün başa çatıb. Hazırda Donald Tramp "rusiyalı həmkarının nə deyəcəyini gözlədiyini" bildirib.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью