Finlandiya vətəndaşlıq tələblərini sərtləşdirir

09.10.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Finlandiya vətəndaşlıq almaq üçün test tələb edəcək.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Finlandiya İmmiqrasiya Xidmətinin baş direktoru İlkka Haahtela açıqlama verib.

O bildirib ki, vətəndaşlıq prosesi bir neçə dəfə sərtləşdirilib və vətəndaşlıq testinin tətbiqi bu islahatın son hissəsidir.

"Məsələn, yaşayış müddəti və gəlir tələblərində artıq dəyişikliklər edilib. Vətəndaşlıq almaq üçün tələb olunan biliklər xüsusi test, sertifikat imtahanı, fin və ya isveç dilində ali təhsil almaqla nümayiş etdirilə bilər".

İslahat 2027-ci ilin mart ayının əvvəlində tətbiq olunacaq. Bu, 18 yaşdan 64 yaşa qədər vətəndaşlıq üçün müraciət edənlərə şamil edilir.

Vətəndaşlıq imtahanının keçirilməsinə İmmiqrasiya Xidməti cavabdehdir.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью