Finlandiya yığmasının baş məşqçisi Millətlər Liqasındakı uğursuzluğa görə istefaya göndərilib AZƏRTAC

22.11.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 noyabr, AZƏRTAC

Futbol üzrə Finlandiya milli komandasının baş məşqçisi Markku Kanerva istefaya göndərilib.

AZƏRTAC Finlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Millətlər Liqasında uğursuz nəticələrdən sonra 60 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

B Liqasının 2-ci qrupunu xalsız başa vuran Finlandiya seçməsi C Divizionuna yuvarlanıb.

Qeyd edək ki, Markku Kanerva 2017-ci ildən Finlandiya millisinə rəhbərlik edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью