Finlandiyada 300ə yaxın aviareys ləğv ediləcək

24.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Pilotların tətili ilə əlaqədar olaraq "Finnair" dekabrın 9-u və 13-də təxminən 300-ə yaxın uçuşu ləğv edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə daşıyıcı press-relizdə məlumat verib.

"Fin Pilotlar İttifaqının danışıqlar aparmaq əvəzinə tətilə qərar verməsi məyusedicidir. Təəssüf ki, bu, Milad öncəsi mövsümdə minlərlə müştərimizin səyahət planlarını pozur", - şirkətdən məlumat verilib.

Bildirilir ki, "Finnair" dekabrın 9-da 140-a yaxın, dekabrın 13-də isə 150-yə yaxın reysi ləğv edəcək.

Tətil sentyabrın 30-da həmkarlar ittifaqı ilə daşıyıcı arasında bağlanmış kollektiv əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədardır. Yeni müqavilə üzrə danışıqlar üç aydır ki, heç bir irəliləyiş əldə edilmədən davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью