Finlandiyada dəhşətli çovğun: 70 min ev işıqsız qalıb

21.11.2024

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Elektrik xətləri sıradan çıxıb və böyük şəhərlər arasında dəmir yolu əlaqəsi kəsilib

Bu gün səhər yağan güclü qar səbəbindən Finlandiyanın 184 rayonunda təxminən 70 min ev elektrik enerjisiz qalıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, çovğun nəticəsində ağaclar infrastruktur obyektlərinin üstünə aşıb. Bununla da, elektrik xətləri sıradan çıxıb və böyük şəhərlər arasında dəmir yolu əlaqəsi kəsilib.

Elektrik enerjisinin kəsilməsi, eyni zamanda bütün Finlandiyada mobil şəbəkə stansiyalarının fəaliyyətinin dayanmasına səbəb olub. Finavia şirkəti Stokholm və Kopenhagenə bir sıra reyslərin ləğv edildiyini, Amsterdam və Londona uçuşların isə gecikdiyini bildirib.

Meteoroloqlar Finlandiyanı vuran qasırğaya “Yari” adı veriblər. Ölkənin cənub bölgələrində kəskin hava şəraitinin davam edəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью