Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Finlandiyanın Satakunta əyalətindəki aerodromun üzərində iki helikopter toqquşub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Yle" xəbər yayıb.
Bildirilib ki, toqquşmadan sonra hər iki hava gəmisi yerə çırpılıb.
Hadisə yerinə artıq mütəxəssislər yollanıb və axtarışlara başlayıblar.
Ölənlər və yaralananlar barədə hələlik məlumat yoxdur.