Finlandiyada mikroavtobusun partlaması nəticəsində iki nəfər ölüb

02.11.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Finlandiyanın cənub-şərqində yerləşən otel ərazisində mikroavtobusun partlaması nəticəsində azı iki nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə məlumatı ölkənin ictimai yayımçısı Yle yayıb.

Məlumata görə, partlayış nəticəsində binanın fasadı və bir neçə avtomobil zədələnib. Alov otelin giriş hissəsindəki örtüyə yayılıb, lakin əsas bina yanğından ciddi zərər görməyib.

Həlak olan şəxslər barədə və onların hadisə ilə əlaqəsi barədə məlumat açıqlanmayıb.

Polis araşdırma aparır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью