Finlandiyada NATOnun hərbi təlimləri başladı KONKRET

04.11.2024

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 4-də Finlandiyanın Laplandiya Rovajarvi və Rovaniemi bölgələrində NATO-nun Avropadakı ən böyük “Lightning Strike-24” artilleriya təlimi başlayıb.

KONKRET.az  “İnterfaks”a istinadən xəbər verir ki, Şimali Avropanın ən böyük təlim poliqonu hesab edilən  Rovajarvi NATO qüvvələrini çoxşaxəli atəş hazırlığı üçün əla şəraitə malikdir. “Lightning Strike-24” təliminin komandiri polkovnik Yanne Myakitalo bildirib ki,  bu il daha genişmiqyaslı hazırlıq çərçivəsində “İldırım Zərbəsi” təlimini keçirmək imkanı əldə etdiyimiz üçün çox şadıq. Təlimlərin əsas məqsədi NATO-nun şimal istiqamətində müdafiə qabiliyyətini nümayiş etdirməkdir. “Lightning Strike-24” təlimləri ABŞ-nin rəhbərliyi altında alyansın beş müxtəlif ölkəsində keçirilən “Dinamik cəbhə-25” əməliyyatının bir hissəsidir. Təlimlərdə 28 ölkədən 5000-ə yaxın əsgər və zabit iştirak edəcək.  Finlandiyanı Müdafiə Qüvvələri, Hərbi Hava Qüvvələri və Sərhəd Mühafizə Xidmətinin hərbçiləri təmsil edəcəklər.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью