Finlandiyada NATOnun iri artilleriya təlimlərinə start verilib

04.11.2024

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gündən Finlandiyanın Laplandiya bölgəsində NATO-nun Avropadakı ən böyük artilleriya təlimlərinin bir hissəsi olan “Lightning Strike–24”ə başlanılır.

AZƏRTAC Finlandiya mediasına istinadla xəbər verir ki, təlimin əsas məqsədi NATO-nun şimal istiqamətində müdafiə qabiliyyətini nümayiş etdirməkdir.

“Lightning Strike–24” ABŞ-ın rəhbərliyi ilə alyansın beş müxtəlif ölkəsində - Finlandiya, Estoniya, Danimarka, Rumıniya və Polşada həyata keçirilən “Dynamic Front-25” əməliyyatının bir hissəsidir. İştirakçıların ümumi sayı isə 28 ölkədən 5000-ə yaxın əsgər və zabit olacaq.

Finlandiyada noyabrın 4-dən 28-dək keçiriləcək təlimlərdə 3600-ə yaxın hərbçi iştirak edəcək. Onlardan 1250-yə yaxını ABŞ, Böyük Britaniya, İsveç, Estoniya, Danimarka və Çexiyadan olan əsgər və zabitlərdir. Finlandiyanı Müdafiə Qüvvələri, Hərbi Hava Qüvvələri və Sərhəd Mühafizəsinin əməkdaşları təmsil edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью