Finlandiyada pilotlar kütləvi tətilə hazırlaşırlar

24.11.2024

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Finlandiyanın “Finnair” şirkəti dekabrın 9-13-də 300-dən çox uçuşu təxirə salacaq. Bu da 33 mindən çox sərnişinin hərəkətinə təsir edəcək.

AZƏRTAC “Le Matin” saytına istinadla xəbər verir ki, buna səbəb sözügedən tarixdə pilotların kütləvi tətil planlaşdırmasıdır.

Tətili təşkil edən Finlandiya Pilotlar Assosiasiyası bildirir ki, məqsəd kollektiv müqavilənin tələblərinin yerinə yetirilməsidir. Şirkət rəhbərliyi ilə danışıqlar nəticə vermədiyi üçün pilotlar dekabrda tətil keçirməyə qərar veriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью