Finlandiyada pilotlar kütləvi tətilə hazırlaşırlar AZƏRTAC

24.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 noyabr, AZƏRTAC

Finlandiyanın “Finnair” şirkəti dekabrın 9-13-də 300-dən çox uçuşu təxirə salacaq. Bu da 33 mindən çox sərnişinin hərəkətinə təsir edəcək.

AZƏRTAC “Le Matin” saytına istinadla xəbər verir ki, buna səbəb sözügedən tarixdə pilotların kütləvi tətil planlaşdırmasıdır.

Tətili təşkil edən Finlandiya Pilotlar Assosiasiyası bildirir ki, məqsəd kollektiv müqavilənin tələblərinin yerinə yetirilməsidir. Şirkət rəhbərliyi ilə danışıqlar nəticə vermədiyi üçün pilotlar dekabrda tətil keçirməyə qərar veriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью