Finlandiyalı voleybol mütəxəssisi Azərbaycan klubunun baş məşqçisi olub

29.08.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 avqust, AZƏRTAC

Kişi voleybolçulardan ibarət “Murov Az Terminal” klubuna yeni baş məşqçi təyin olunub.

Bakı təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, Finlandiyadan olan təcrübəli mütəxəssis Ruslan Jbankov ilə müqavilə imzalanıb.

Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb

Qeyd edək ki, Ruslan Jbankov Rusiya Superliqasında da məşqçi kimi fəaliyyət göstərib. Ölkəsində isə bir neçə dəfə çempion olub və hətta “İlin məşqçisi” adına layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью