futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda bu gün “KuPS”un qonağı olacaq.
Kuopio təmsilçisi Finlandiya çempionatında bu mövsüm ev matçlarında məğlub olmayıb. Miika Nuutinenin rəhbərlik etdiyi kollektiv 9 oyunda 6 qələbə qazanıb, 3 dəfə heç-heçə edib. Komandanın vurduğu qol sayı 18-dir.
“KuPS” ev matçlarında hər oyuna ortalama iki qol vurub. Finlərin buraxdığı qollar da ev oyunlarının sayına bərabərdir. Statistika finlərin ev matçlarında rahat qol vurduğunu və buraxdığını göstərir.
Finlandiya təmsilçisi Çempionlar Liqasında I təsnifat mərhələsində Şimali Makedoniyada “Vardar”a 2:0 hesabıyla qalib gəldiyi oyundan sonra ev matçında dram yaşayıb. Makedonlar finlərə səfərdə əsas vaxtda iki qol vuraraq oyunu əlavə aparmağı bacarıb. Lakin daha sonra “KuPS” fərqi azaltmaqla ümumi hesabda önə keçib və mərhələ adlayıb.
Finlandiya təmsilçisinin ev matçındakı üstünlüyü süni örtüklü meydançada oynamağa uyğunlaşmasıdır. “Sabah” bu baxımdan çətinlik yaşaya bilər. “Bayquşlar” erkən qol vurub, oyunun taleyini həll etmək və süni örtükdə ehtiyatlı oynamaqla zədə riskini azaltmağa çalışacaq.
“KuPS” – “Sabah” oyununa 19:00-da start veriləcək. İlk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb – 1:0.
Şahin Cəfərov