Finlərlə 15 ci duel: “Qarabağ”la başladı, “Sabah”la davam edir

02.09.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah” bu gün Çempionlar Liqasında Finlandiyanın “KuPS” komandası ilə qarşılaşacaq. “Bank Respublika Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Matç Azərbaycan klublarının Avropa arenasında Finlandiya təmsilçilərinə qarşı 15-ci dueli olacaq.

Tərəflərin ilk dueli 1996-cı ilə təsadüf edir. “Qarabağ”ın beynəlxalq arenadakı ilk oyunu məhz finlərə qarşı olub. “MüPA-47” ilə qarşılaşan “atlılar” iki matçın nəticəsinə görə mübarizəni dayandırıb – 0:1, 1:1.

Ümumilikdə, skandinav təmsilçiləri ilə ən çox dueli olan komanda “Qarabağ”dır.

Finlərə qarşı sonuncu görüş də “atlılar”ın adı ilə bağlıdır. Qurban Qurbanovun yetirmələri 2023-cü ildə Avropa Liqasının təsnifat mərhələsində HİK-i hər iki oyunda məğlub edərək mübarizədən kənarlaşdırıb – 2:1, 2:1.

Finlandiya təmsilçiləri ilə 15 dueldə üstünlük Azərbaycan komandalarındadır. Klublarımız bu görüşlərdə 7 qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 5 dəfə uduzub.

Azərbaycan / Finlandiya klublarının Avropa duelləri:

1996 Qarabağ – MüPa-47 0:1
1996 MüPa-47 – Qarabağ 1:1

2004 Tampere Yunayted – Xəzər Universiteti 3:0
2004 Xəzər Universiteti – Tampere Yunayted 1:0

2009 Moskva Birlik Kuboku Inter Bakı – İnter Turku 3:1

2009 Helsinki UEFA AL seç. mər. Honka – Qarabağ 0:1
2009 Bakı UEFA AL seç. mər. Qarabağ – Honka 2:1

2013 Bakı UEFA AL seç. mər. İnter Bakı – Mariehamn 1:1
2013 Mariehamn UEFA AL seç. mər. Mariehamn – İnter Bakı 0:2

2016 UEFA RK Şərur – İst Distrikt Tim 0:3

2021 Bakı UEFA AL Neftçi – HİK 2:2
2021 Helsinki UEFA AL HİK – Neftçi 3:0

2023 Bakı UEFA AL Qarabağ – HİK 2:1
2023 Helsinki UEFA AL HİK – Qarabağ 1:2.

“Sabah” “KuPS”la cavab oyununu iyulun 28-də Kuopioda keçirəcək.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью