FinTech Integrations/IPS üzrə Leading Backend Developer

08.06.2026

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təsvir

Daxili bank sistemləri və xarici IPS API-ları arasında inteqrasiya şlüzünün 24/7 rejimində fasiləsiz işləməsinin təmin edilməsi; Mesaj növbələrinin idarə olunması və ödəniş bildirişlərinin çatdırılmasına nəzarət edilməsi; Vəsaitlərin dərhal köçürülməsi üçün IPS-in sürət reqlamentlərinə uyğun olaraq gecikmələrin (latency) minimuma endirilməsi; Tənzimləyici və IPS spesifikasiyalarındakı dəyişikliklərin (ISO 20022 və s.) izlənilməsi və sistemlərə operativ tətbiqi; Yeni ödəniş növlərini (Request to Pay, geri qaytarılmalar, abunəliklər) dəstəkləmək üçün biznes məntiqlərinin və cədvəl strukturlarının təkmilləşdirilməsi; Gələn və gedən mesajların aktual XSD/JSON sxemlərinə uyğunluğunun təmin edilməsi; Ödəniş tranzaksiyalarının emalı üçün saxlanılan prosedurların (stored procedures), paketlərin və triqqerlərin layihələndirilməsi; Müxtəlif IPS statusları zamanı (success, reject, timeout) məlumatların konsistentliyinin qorunması; Hesabatlılıq və mübahisəli halların araşdırılması (Dispute Management) üçün ödənişlərin ətraflı loqlaşdırılması və arxivləşdirilməsinin təşkili; Təhlükəsiz inteqrasiyaların təmin edilməsi (sertifikatlar, elektron imza, kriptoqrafiya); IPS-in anti-fraud, AML və mühasibatlıq sistemləri ilə inteqrasiyası; Daxili bank kanalları (Mobil Bankçılıq, İnternet Bankçılıq) üçün API-ların idarə edilməsi və sənədləşdirilməsi; Tənzimləyicinin test mühitlərində (sandbox) mütəmadi sertifikasiya testlərinin keçirilməsi; İnsidentlərin diaqnostikası: PL/SQL və JS təbəqələri arasındakı xətaların müəyyən edilməsi və aradan qaldırılması; Dəyişikliklərin avtomatlaşdırılmış qaydada tətbiqi üçün CI/CD proseslərində iştirak.

Üstünlüklərimiz:

Peşəkar karyera və inkişaf imkanları; Komanda daxilində güclü bilik mübadiləsi; Rahat və müasir iş mühiti; Tibbi Sığorta.

Tələblər

REST API üzrə yaxşı biliklər (HTTP metodları, status kodları, JSON); Java üzrə biliklər; Təhlükəsizlik üzrə əsas biliklər (authentication, authorization, tokenlərlə iş); Payment / transfer sistemləri ilə iş təcrübəsi; Messaging texnologiyaları: MQ / Kafka; ISO 20022 üzrə biliklər (pacs.008, pain.013 və s.); Tranzaksiyalar və məlumatların bütövlüyü prinsiplərinin anlaşılması; Verilənlər bazaları ilə ekspert səviyyəsində iş təcrübəsi (MongoDB, Oracle və ya analoji); PL/SQL və SQL üzrə biliklər; Bank sahəsində və ya ödəniş sistemlərində minimum 3 il iş təcrübəsi; IBM App Connect (ESQL) bilikləri arzuolunandır.

Müraciət üçün daxil olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью