Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın “Fiorentina” futbol klubu hücum xəttini gücləndirmək üçün “Mançester Yunayted”in futbolçusu Coşua Zirkzeni əsas namizəd kimi müəyyənləşdirib.
İdman.Biz “Calciomercato”ya istinadən xəbər verir ki, Zirkze Florensiya klubunun hücumçu mövqeyi üzrə tərtib etdiyi siyahıda ilk pilləyə yüksəlib.
“Fiorentina”nın əsas hücumçusu Moyze Kinin gələcəyi isə qeyri-müəyyəndir. Futbolçu komandanın səhər məşqinə qatılmadığı üçün klub tərəfindən cərimələnib və günün ikinci yarısında fərdi məşq edib.
Kinə “Komo” da maraq göstərir. Klub onun transferi üçün 40 milyon avro (80 milyon manat) – 35 milyon avro (70 milyon manat) sabit ödəniş və 5 milyon avro (10 milyon manat) bonus təklif edib.
“Fiorentina” isə yalnız Kinin yerinə səviyyəli futbolçu gətiriləcəyinə əmin olduqdan sonra onun satışına razılıq verməyə hazırdır.