Fiorentina Qarabağ ın müdafiəçisini transfer etməyə hazırlaşır

27.07.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın müdafiəçisi Mateus Silva hələ də müxtəlif komandaların maraq dairəsindədir.

Sportal.az ​azerisport.com-a istinadən xəbər verir ki, bir müddət əvvəl Silva “Qarabağ”da qalmaq istədiyini bildirərək Braziliyadan gələn təklifdən imtina etmişdi. Çünki baş məşqçi Qurban Qurbanov onu komandada saxlamaq istəyir. Lakin indi braziliyalı futbolçuya İtaliyanın “Fiorentina” klubu tərəfindən maraq yaranıb.

​İtaliya klubu Silvanın bu yay “Qarabağ”da qalmaq qərarına gəldiyindən xəbərdardır. Buna görə də Florensiya təmsilçisi rəsmi təklifini qarşıdakı qış fasiləsinə hazırlamaq niyyətindədir.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью