futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Mançester Yunayted”in futbolçusu Yozua Zirkzee karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fiorentina” niderlandlı hücumçunu icarəyə götürmək istəyir. Bu barədə “Marca” nəşri məlumat yayıb.
“Bənövşəyilər” Zirkzee üçün “qırmızı şeytanlar”a 5 milyon avro icarə haqqı təklif edib. MY oyunçunu buraxmağa razıdır. Müqavilədə satınalma bəndinin də yer alacağı gözlənilir.
Zirkzee əvvəl İtaliyada “Bolonya”da forma geyinib.
25 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada 24 oyunda 2 qol vurub.