Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Fiorentina” sonuncu pillədən qurtuldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
İtaliya A seriyasında dördüncü turun oyunlarına start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
“Venetsiya” öz meydanında “Fiorentina” qəbul edib. 6 qolun vurulduğu görüşdə sevinən tərəf Florensiya klubu olub.
“Venetsiya” - “Fiorentina” - 2:4
Qollar: Adams, 22 (1:0), Mastantuono, 29 (1:1); 30 (1:2), Pelleqrino, 66 (1:3), Mastantuono, 84 (1:4), Hainaut, 86 (2:4)
Mövsümdə ilk qələbəsini qazanan “Fiorentina” sonuncu pillədən qurtulub. Florensiya klubu hazırda 3 xalla 15-ci yerdə qərarlaşıb. Əvəzində ardıcıl dördüncü məğlubiyyətini alan “Venetsiya” turnir cədvəlində sonuncu – 20-ci pilləyə yuvarlanıb.