“Fiorentina”nın futbolçusu huşunu itirdi Matç təxirə salındı

01.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

İtaliya A Seriyasında xoşagəlməz hadisə baş verib. Sport24.az xəbər verir ki, "Fiorentina"nın futbolçusu Eduardo Bove huşunu itirərək, meydanda hərəkətsiz qalıb.

O, XIV turun "İnter"lə matçında anidən yerə yıxılıb. Tibbi personal oyunçuya ilkin müdaxiləni gerçəkləşdirib.

Ardından Bove təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Görüş isə 16-cı dəqiqədə dayandırılıb və təxirə salınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью