Fiqudan İnfantino barədə sərt sözlər: Çox gecdir...

05.08.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya futbolunun ulduzlarından olan Portuqaliya millisinin sabiq kapitanı Luis Fiqu FİFA Prezidenti Canni İnfantinonu istefa verməyə çağırıb.

Axar.az xəbər verir ki, o, sosial media hesabındakı paylaşımda İnfantinonun tutduğu vəzifənin nüfuzuna xələl gətirdiyini bildirib.

“O, yalan danışıb, insanları aldadıb və xidmət etməli olduğu futbolun maraqlarını ikinci plana ataraq şəxsi maraqlarını təmin etməyə çalışıb. İnfantino FIFA-nın yüksəkvəzifəli əməkdaşlarının və həyatını bu idmana həsr etmiş insanların böyük əksəriyyətinin dəstəyini itirib. Artıq onun şəxsi nüfuzunu xilas etməsi üçün çox gecdir. Lakin futbolu xilas etmək üçün hələ gec deyil. O, elə indi getməlidir”, - məşhur futbolçu yazıb.

Qeyd edək ki, C.İnfantinoya qarşı təzyiq gündən-günə artır. O, FİFA-nın dünya çempionatı kimi turnirlər üzrə kommersiya hüquqlarının bir hissəsinin mümkün satışı yolu ilə milyardlarla gəlir əldə etmək planlarını kütləvi etirazlardan sonra geri çəkməli olub. Bu planın dünya miqyasında ciddi narazılıq doğurmasından sonra FİFA rəhbəri geri addım atıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью