Fiqurlu konkisürənlərimiz Batumi Qran prisində

28.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

24-26 sentyabr tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən idmançılarımız Aleksandr Pluşenko, Arina Kalugina, o cümlədən buz üstündə rəqs cütlüyü Anna Obrien və Drake Tonq Gürcüstanın Batumi şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri yarışında iştirak ediblər.

Yarışın nəticələrinə uyğun olaraq təmsilçimiz Aleksandr Pluşenko qısa və sərbəst proqram üzrə  çıxışı zamanı 26 idmançı arasında 181.97  xal toplayaraq 10-cu yerdə qərarlaşıb.

Digər təmsilçimiz Arina Kalugina 35 idmançı  arasında 160.02 xal qazanaraq 14-ci yerə sahib olub.

Anna və Drake çütlüyü isə buz üstünə çıxaraq ritm və sərbəst rəqs üzrə 119.27 xal toplayıb və 18 cütlük arasında 12-ci sırada qərarlaşıb.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью