Fiqurlu konkisürənlərimizdən erkən vida

01.02.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fiqurlu konkisürmə üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Estoniyanın paytaxtı Tallində buz üzərində rəqslərə start verilib.

Azərbaycan idmançıları Samanta Ritter və Denis Brıkalov bədii rəqsdə bacarıqlarını nümayiş etdiriblər. Onların çıxışı 51,56 xalla qiymətləndirilib.

Təmsilçimiz 29 iştirakçı arasında 25-ci yeri tutublar. Sərbəst rəqsdə çıxış edəcək “20-liy”ə düşməyən duetimiz mübarizəni dayandırıb.

Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью