Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ocaq Sport" klubunun fiqurlu konkisürmə üzrə balaca idmançıları ilk dəfə qatılacaqları beynəlxalq yarış öncəsi sınaq məşqlərinə çıxıblar. Sport24.az xəbər verir ki, hazırlıq Heydər Əliyev adına İdman-Konsert kompleksinin buz arenasında baş tutub.
Onlar məşqdə yarışdakı proqramlarını icra ediblər.
Qeyd edək ki, beynəlxalq turnir dekabrın 5-6-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.