Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Özbəkistanın paytaxtı Daşkənddə fiqurlu konkisürmə üzrə “Interclub Figure Skating” beynəlxalq turniri keçirilib.
İdman.biz xəbər verir ki, yarışda iştirak edən “Ocaq Sport”un idmançıları 2 medal qazanıblar.
İlk dəfə beynəlxalq turnirə qatılan Varvara Aleksandrova və Polina Oreşko balacaların mübarizəsində fəxri kürsüyə yüksəliblər. Onların hər ikisi yarışda gümüş medal əldə ediblər.
İdman.biz