Fira Cəlilovagildə nə baş verib? REPLİKA

27.11.2026

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kimin əli kimin cibindədir?

Bu gün də gündəm oldu Fira Cəlilova. Vallah, son günlər Azərbaycan qadınlarının elə qəribə adları ilə rastlaşırıq ki... Nə isə, qoy olsun, lap Fira.

Əvvəlcə dedi, evimdən oğurluq olub. Sonra dedi, yox, qonşunun evindən olub. Bir az da gözləsək, bəlkə məlum oldu ki, oğurluq heç o məhəllədə olmayıb.

Bütün bu açıqlamalardan bircə onu anladım ki, nəsə olub. Amma nə olub, kimin evində olub, kimin əli kimin cibində olub, bax, onu anlaya bilmədim.

Ümid edirəm, günün sonuna kimi məsələ aydınlaşar. Hərçənd hadisənin bu sürətlə dəyişdiyini nəzərə alsaq, axşama oğrunun özünün də zərərçəkmiş çıxmasına təəccüblənmərəm.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью