Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zəngilan rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
Otuz ilə yaxın müddət ərzində bu torpaqlar dağıntılara, vandalizmə və talana məruz qalmışdı.
Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biri olan Zəngilan rayonu 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı düşmən işğalından azad olundu.
20 oktyabr 2020-ci il tarixində Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi.
Bu tarixi gün sonradan “Zəngilan Şəhər Günü” kimi qeyd olunmağa başladı.
Zəngilanın azad edilməsi həm strateji, həm də mənəvi baxımdan mühüm hadisə idi.
Bu qələbə Cəbrayıl və Qubadlı istiqamətlərində aparılan əməliyyatların uğurlu nəticəsi olaraq, Azərbaycan Ordusunun Zəngəzur dəhlizi istiqamətində irəliləməsinə şərait yaratdı.