Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 5 noyabr, AZƏRTAC
"BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı sammit çərçivəsində keçirilən "Firavan və inklüziv cəmiyyətlərin qurulmasında liderlik, düşüncə tərzi və ictimai dəyərin yaradılması" adlı panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, panel sessiyaya Karib Hövzəsi Dövlət İdarəçiliyinin İnkişafı Mərkəzinin (CARICAD) liderliyin inkişafı və institusional gücləndirmə üzrə mütəxəssisi doktor Lois Parkes moderatorluq edib.
Sessiyada daha firavan və inklüziv cəmiyyətlərin qurulmasında effektiv liderlik yanaşmaları, institusional inkişaf və idarəetmədə transformasiya məsələləri beynəlxalq səviyyəli dəyirmi masa müzakirəsində diqqət mərkəzində olub.
Sessiyada Barbadosun Dövlət Xidməti və İnsan Kapitalının İnkişafı naziri Kay McConney, Gürcüstanın ədliyyə nazirinin müavini Lana Morgoshia, Qvineya-Bisaunun Dövlət İdarəçiliyi, Əmək və Sosial Təminat naziri Assucênia Nesbi Emília Seide Donate de Barros, Madaqaskarın Əmək, Məşğulluq və Dövlət Xidməti naziri Denis Franconio Mac, Özbəkistanın ədliyyə nazirinin müavini Numon Muhammadiyev, həmçinin İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçuk çıxış ediblər.
Çıxşlarda cəmiyyətlərin inkişafına töhfə verən liderlik prinsipləri, dəyərlər, düşüncə tərzi və təşkilati mexanizmlər əsas müzakirə mövzusu olub.
Müxbirlər - Günel Türksoy, Tərgül Babayeva
Fotoqraf - İlkin Cavanşirov