Firdovsi Fikrətzadəyə yeni vəzifə verildi

22.11.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) sabiq direktoru Firdovsi Fikrətzadəyə yeni vəzifə verilib. 

Globalinfo.az Qaynarinfo-ya istinadən bildirir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Fikrətzadə Firdovsi Fikrət oğlu  Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri vəzifəsinə təyin edilib.

O, bu vəzifədə Elman Sadıqovu əvəzləyib.

Qeyd edək ki, Firdovsi Fikrətzadə bu ilin avqust ayında kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru vəzifəsindən azad edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью