Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçildi

24.01.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib.

Milli.Az xəbər verir ki, qurultayda mədəniyyət naziri Adil Kərimli də iştirak edib.

Nazir çıxışında qurultay iştirakçılarına tövsiyələrini bildirib, ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir sıra məruzələr dinlənilib.

Daha sonra sədr seçkisi olub. Səsvermə nəticəsində Xalq artisti Firəngiz Əlizadə yenidən ittifaqın sədri seçilib.

Qeyd edək ki, 75 yaşlı F.Əlizadə 2007-ci ildən Bəstəkarlar İttifaqına rəhbərlik edir./APA

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью