Firidun Sinirlioğlu ATƏTin baş katibi seçilib

07.12.2024

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli diplomat Firidun Hadi Sinirlioğlu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi vəzifəsinə seçilib. Bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu təbrik edib.

“Anadolu”nun məlumatına görə, Ərdoğan Sinirlioğlunun ATƏT-in baş katibi seçilməsi ilə bağlı sosial şəbəkələrdə təbrik mesajı yayımlayıb.

Prezident Ərdoğan mesajında qeyd edib: “Bu gün keçirilən səsvermədə 57 üzv dövlətin yekdil səsi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi vəzifəsinə seçilən səfir Firidun Hadi Sinirlioğlunu təbrik edirəm. Ona bu vəzifədə uğurlar arzulayıram və səmimi qəlbdən ümid edirəm ki, bu təyinat Avro-Atlantik və Avrasiya coğrafiyasında sülh, əmin-amanlıq və sabitliyə töhfə verəcək”.

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью