Fırıldaqçılar oyaqdırlar... Maliyyə və şəxsi məlumatları onlayn və səfərlərdə necə qorumaq…
Bizimyol saytına istinadən Icma.az xəbər verir. Kaspersky mütəxəssisləri xatırladırlar: fırıldaqçılar heç vaxt fasilə götürmürlər.
İstifadəçilərin fişinq və fırıldaqçı saytlar, zərərli proqramlar və bank kartı məlumatlarının oğurlanması kimi təhlükələrlə üzləşmək riski davam edir.
Həm evdə, həm də ölkə xaricində şəxsi məlumatlarınızı və pulunuzu riskə atmaq üçün etibarlı olmayan “Wi-Fi” şəbəkəsinə qoşulmaq və ya təsadüfən saxta sayta daxil olmaq kifayətdir.
Bizimyol.info xəbər verir ki, maliyyə və məxfi məlumatlarınızı qorumaq üçün şirkətin mütəxəssisləri tövsiyələr hazırlayıblar:Onlayn ödənişlər və səyahətlər üçün ayrıca kartdan istifadə edin.
Əsas vəsaitlərinizi başqa hesabda saxlayın və iş və ya səyahət kartınızın balansını yalnız lazım olduqda artırın.Yalnız təhlükəsiz şəbəkələrə qoşulun.
Təhlükəsizlik üçün internet trafikinizi şifrələmək üçün həllərdən istifadə edin və mümkün olduqda ictimai “Wi-Fi” əvəzinə mobil internetdən istifadə edin.Hər bir əməliyyat üçün bildirişləri açın.
Bankdan bildirişlər və ya SMS-lər şübhəli ödənişləri vaxtında görməyə və kartınızı tez bloklamağa kömək edəcək.Yalnız təhlükəsiz cihazlardan alış-veriş ödənişləri edin.
Cihazlarınızda müasir təhlükəsizlik həllinin quraşdırıldığında əmin olun.Nağd pulla ehtiyatlı olun.
Tam oxu
Xəbəri oxu