Fırıldaqçılar vəfat etmiş uşağın adı ilə PUL YIĞIR VİDEO

29.12.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Dünyasını dəyişən uşağımın adına hesab açılıb, sosial şəbəkələrdə paylaşılaraq pul yığılır".

Avtosfer.az-ın məlumatına görə, belə bir iddia ilə uşağın anası Nəzrin Əsgərova çıxış edir.

"Xəzər Xəbər"ə müraciət edən qadın deyib ki, övladı Məhəmməd Kələntərov 2021-ci ildə dünyaya gəlib və ağır xəstəlikdən dünyasını dəyişib.

Onun sözlərinə görə, dələduzlar digər uşaqların da şəkillərini paylaşaraq insanları aldadır, pul yığırlar.

Nəzrin Əsgərova bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.

Daha ətraflı videomaterialda.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью