“Firma dərmanlar”ın yazılması aradan qalxır | Icma.az
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Kağız reseptlərdən istifadə zamanla tamamilə aradan qaldırılacaq.
Turkustan.az APA-ya istinadla xəbər verir ki, bunu Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəsssisi Sevinc Məhərrəmova deyib.
O qeyd edib ki, ölkə üzrə bütün tibb müəssisələrində elektron resept tətbiq edildikdən sonra kağız reseptlərin istifadəsi tamamilə aradan qaldırılacaq: "Hər kəs ölkə üzrə istənilən özəl və dövlət tibb müəssisələrində həkimdən elektron resept tələb edə bilər.
Elektron reseptlərin ən böyük üstünlüyü təqvim sisteminin xəstəyə dərmanın qəbul vaxtı və dozası haqqında bildiriş göndərməsidir.
Ölkə üzrə bütün tibb müəssisələrində elektron resept tətbiq edildikdən sonra kağız reseptlərin istifadəsi tamamilə aradan qaldırılacaq".
Sevinc Məhərrəmovanın sözlərinə görə, elektron resept tətbiqi həkimlərin "firma dərmanları" yazmasının qarşısını alacaq: "Bu sistem ölkəyə qeydiyyatsız keçən dərmanların satışının da qarşısını alacaq.
Apteklər elektron resept tətbiqi üzərindən dərman satışı həyata keçirə bilərlər".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu