Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bu gün günorta saatlarında Nərimanov rayonu ərazisində yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntüləri Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb. Görüntülərdən də aydın olur ki, qəza Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində qeydə alınıb. Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd piyada svetoforuna zərər dəyib.
Belə ki, firmalardan birinə məxsus yük avtomobili sola – “Nərimanov” metrosuna tərəf dönərkən ən sol zolaqdan dönməli olduğu halda yüksək sürətlə ikinci zolaqdan dönür. Nəticədə idarəetməni itirən sürücü maşını səkiyə çıxardıb və svetoforla toqquşub.
Könül Rauf
Oxunub 148