Firminonun adı iştirak ərizəsindən çıxarıldı

08.02.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli" braziliyalı ulduzu Firminonun adını ölkə çempionatının iştirak ərizəsindən çıxarıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.

Məlumata görə, o, yalnız Asiya Çempionlar Liqasının matçlarında oynaya bilər. Mənbə klubun Firminonu bu qış satmaq istədiyini, lakin oyunçu bütün təklifləri geri çevirdiyinə görə ərəblərin istəklərinə çata bilmədiklərini vurğulayıb.

33 yaşlı Firmino "Əl-Əhli"yə 2023-cü ilin yayında azad agent qismində qoşulub. Cari mövsüm bütün turnirlərdə 25 matça çıxan cənubi amerikalı 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью