Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Qlobal hava proqnozu xidməti olan “AccuWeather” ABŞ-də “tarixi” olaraq xarakterizə edilən fırtına ilə bağlı açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, açıqlamada milyonlarla insana təsir edən qar fırtınası nəticəsində ümumi zərərin və iqtisadi itkilərin 105-115 milyard dollar arasında olacağının gözlənildiyi bildirilir.
Ölkə daxilində 200 milyondan çox insanın qar fırtınasından təsirləndiyi bildirilən açıqlamada, bəzi hava limanlarının bağlandığı, minlərlə uçuşun ləğv edildiyi və ya gecikdiyi vurğulanıb.
Milyonlarla insanın istilik ödənişlərinin normaldan 20-35 faiz yüksək ola biləcəyi və Nyu York, Filadelfiya, Pittsburq və Baltimorda istilik tələbinin yanvarın sonundan fevralın sonuna kimi 20 illik tarixi orta göstəricidən xeyli yuxarı olacağı gözlənilir. Fırtınanın Los-Anceles bölgəsindəki meşə yanğınlarından sonra ən “bahalı” hava hadisəsi ola biləcəyi vurğulanıb.