Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Bu gün Rayner Mariya Rilkenin doğum günüdür.
Kulis.az bu münasibətlə onun "Fırtınalı bir gecə" şeir silsiləsini Həmid Piriyevin tərcüməsində təqdim edir.
Rene Karl Vilhelm İohann Yozef Mariya Rilke – Rayner Mariya Rilke 1875-ci il dekabrın 4-ü Praqada anadan olur.
Bir neçə həftəlik körpə ikən həyatını itirən bacısından sonra doğulduğu üçün balaca vaxtı anası ona qız paltarları geyindirir.
1884-cü ildə valideynləri ayrılır, Rilke atasının himayəsində qalır. İyirmi bir yaşı olanda Rene adını Raynerə dəyişdirir.
Bu şairin uşaqlığından və anasından qopması kimi də qiymətləndirilə bilər.
Şair sonralar məktublarından birində yazırdı: “...məncə anam mənimlə kukla ilə oynadığı kimi oynamışdı”.
Hərbi məktəbdə təhsil alsa da, bu sahədə uğur qazana bilmir.