Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Tanınmış aparıcı Firuzə Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilib.
Aparıcının verdiyi məlumata görə, hadisə noyabrın 26-da saat 22 radələrində baş verib. Onun iddiasına əsasən, beş avtomobillə əraziyə gələn təxminən 15 nəfərdən ibarət naməlum şəxs bağ evinə daxil olub.
Basqın zamanı evdən aşağıdakı əşya və avadanlıqların oğurlandığı bildirilir:
Üç ədəd mobil telefon;Ümumi dəyəri təxminən 30 min manat olan qədim boyunbağı və bir cüt brilyant sırğa;Domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar.Firuzə Cəlilova hadisədə iştirak etdiyi ehtimal olunan avtomobillərdən dördünün dövlət qeydiyyat nişanını (99-ME-666, 90-ME-007, 90-YA-094 və 10-CE-025) da ictimailəşdirib. Aparıcı hadisənin araşdırılması, şübhəli şəxslərin müəyyənləşdirilməsi və oğurlanan əşyaların geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Daxili İşlər Nazirliyinin mövqeyi
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yerində axtarışda olan və əvvəllər məhkum olunmuş bir nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.