Firuzə İbadova xəstəxanadan evə buraxılıb Qızı son vəziyyətini açıqladı

14.09.2026

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Əməkdar artist Firuzə İbadova xəstəxanadan evə buraxılıb.

Bu barədə müğənninin qızı Hülya İbadova Qaynarinfo-ya məlumat verib.

O, anasının hələ tam özünə gəlmədiyini bildirib:

“Evimizdəyik, amma anam hələ özünə gəlməyib. Çox zəifdir. Müalicəsi ev şəraitində davam edir. Həkimlər hər şeyin yaxşı olacağını bildiriblər”.

Qeyd edək ki, bir neçə gün əvvəl Əməkdar artist Firuzə İbadovanın səhhəti ağırlaşıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью