Firuzə İbadovanın dövlətdən istəyi: “Qayğı və dəstəyinizə ehtiyacım var”

26.10.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Firuzə İbadova səhhətində yaranan problemlə bağlı dövlət qayğısına ehtiyac duyduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist paylaşımında izləyicilərinin xoş sözləri, duaları və sevgisinin ona mənəvi güc bəxş etdiyi qeyd edib:

“Bu çətin günlərdə mənə göndərdiyiniz hər bir xoş söz, hər bir səmimi mesaj, etdiyiniz dualar və göstərdiyiniz sonsuz sevgi mənim üçün ən böyük mənəvi gücdür. Hər birinizin sevgisini qəlbimdə hiss edirəm. Dualarınız mənə ümid, sözləriniz mənə təsəlli, sevginiz isə yaşamaq üçün güc verir. pizza

Sizin sevginizlə illərdir sənətimi yaşatmışam, sizin alqışlarınızla səhnələrə çıxmışam. Bu gün də qəlbim sizinlədir. Mənə göstərdiyiniz diqqətə, qayğıya və dualarınıza görə hər birinizə sonsuz təşəkkür edirəm.

Bu çətin günlərdə xalqımın sevgisi ilə yanaşı, dövlətimin qayğısına və dəstəyinə də böyük ehtiyacım var. İllərimi sənətimə, xalqıma həsr etmiş bir sənətkar kimi, bu gün dövlətimin diqqətini və qayğısını yanımda hiss etmək mənim üçün çox dəyərlidir”.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью