Firuzə İbadovanın yanında mahnı oxuduqları üçün tənqid edildilər

26.10.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, sənət adamları səhhətində ciddi problem olan Əməkdar artist Firuzə İbadovanın evinə yollanıblar.

Axşam.az-ın məlumatına görə, onların ifaçı ilə birlikdə mahnı oxuması sosial şəbəkələrdə tənqid edilib.

Əməkdar artist Arzu Əliyeva bununla bağlı paylaşım edərək məsələyə reaksiya verib. O, F.İbadovanın xəstə yatağında mahnı oxuduğu anları yayımlayaraq, sənətçinin xəstə deyil, sənətkar olduğunu vurğulayıb:

“Firuzə xanımı ziyarət edən zaman ona mahnı oxuduğumuz üçün bizi mühakimə edən həssas izləyicilər... İndi anladınızmı, o, xəstə deyil, sənətkardır və musiqi ilə ürəyi coşub-daşan, yaşama eşqi oyadan sənətkar. Allah sizi sağlamlığınıza qovuşdursun, sənətkar”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью