Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AZƏRTAC-ın “Yeməyə dəyər” layihəsinin ilk buraxılışında aparıcılar İradə İsayeva və Səfiyar Məcnun aşpaz Timur Pivkinin evinə qonaq olublar. Özləri ilə apardıqları narı aşpaza təqdim edən aparıcılar onun köməyi ilə narın əsas inqrediyentlərindən biri olduğu fisincanın hazırlanma prosesini izləyiblər. Süjet zamanı narın mətbəxdəki yeri, maraqlı kulinariya məqamları və dadlı söhbətlər izləyicilərə təqdim olunur. Videonu izləyin və “Yeməyə dəyər” deyib-demədiyinizə özünüz qərar verin!